Sağlamlıq
Bakıda botoks etdirən qız dəhşətli xəstəliyə YOLUXDU
Bakıda bəzi estetik həkim və kosmetoloqların həyata keçirdikləri əməliyyat və prosedurlar nəticəsində pasiyentlərin sağlamlığında ciddi problemlər yaranması halları hələ də davam edir.
Publika.az Medicina.az-a istinadla xəbər verir ki, ixtisasca həkim olmayan daha bir kosmetoloqun qurbanı olan qız hətta koma vəziyyətinə düşüb.
Şikayətçi Ləman Məhərrəmova bacısının botoks prosedurundan sonra vəziyyətinin pisləşdiyini və reanimasiyaya yerləşdirildiyini bildirib.
"Bacım N. sosial şəbəkədə aktiv olan, profilində BDU-nu bitirdiyini qeyd edən Fidan Sadıqova adlı kosmetoloqa inanaraq, onun yanına gedib. Alnına əzələni dondurub qırışları açan botoks proseduru etdirib.
Elə həmin gün bacımın halı dəyişdi. Üç gün sonra lap pisləşdi, biz ona müəyyən müalicələr edirdik. Bir həftə sonra gördük ki, özünü idarə edə bilmir, ürəyi çırpınır, qusur, gözləri bulanırdı. Göz qapağının biri aşağı endi. Tez kosmetoloqa yazdıq, heç özü cavab vermədi, köməkçisi dedi ki, buzlu kompres qoyun, keçəcək. Yenidən əlaqə saxladıq, tələb etdik ki, nə baş verdiyini desin, bizə dedilər, guya xaricdədir. Ya da əlamətlərdən heç bilmədi ki, nə baş verir. Tez həkimə apardıq, məlum oldu ki, bacımda botulizmdir. Saxta, keyfiyyətsiz preparatdan yüksək dozada vurub. Botulizm insanı öldürən diaqnozdur. İki sutka geciksəydik, iflic olacaqdı".
Şikayətçi bacısının üç gün reanimasiyada qaldığını bildirib:
"Botulizm əleyhinə zərdab vuruldu. Xəstəxana rəyində də botoksdan botulizm olduğu diaqnozu var".
Şikayətçi bildirir ki, kosmetoloq əvvəl başqa mərkəzdə işləyirmiş, orada da pasiyentlərdən birinin başına belə oyun gətirdiyi üçün işdən çıxarılıb:
"İş yerini, şəxsi telefon nömrəsini gizlədir, onu tapmaq olmur. Bir dəfə xəstə ilə maraqlanmadı. Bacım hələ də müalicədədir. Bu qədər özbaşınalıq ola bilməz. Biz qanun çərçivəsində maddi-mənəvi zərərə görə təzminat tələb edəcəyik".
Qeyd edək ki, botoks proseduru zamanı əzələlər botulotoksin adlı zəhərli toksinlə dondurulur, iflic olur. Əgər o, yüksək dozada olarsa, toksin qana keçib, ağırlaşma verə, xəstə iflic ola bilər.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















