Sağlamlıq
Şəkərli diabet riskini azaltmağın sadə yolu
Şəkərli diabet riskini azaltmağın sadə yolu tapılıb.
Publika.az xəbər verir ki, İllinoys Texnologiya İnstitutunun alimləri gündə 1 ədəd təzə manqo yeməyin artıq çəki və xroniki iltihabı olan insanlarda insulin səviyyəsini əhəmiyyətli dərəcədə azalda və insulinə həssaslığı artıra biləcəyini sübut ediblər.
Bu tapıntılar 2-ci tip diabet riskini azaltmaq və ürək sağlamlığını yaxşılaşdırmaq üçün sadə pəhriz dəyişikliklərinin vacibliyini vurğulayır.
Tədqiqatın nəticəsi "Nutrients" jurnalında dərc olunub.
Tədqiqatda artıq çəkili və xroniki iltihab əlamətləri olan 20-60 yaş arası 48 nəfər iştirak edib.
Dörd həftə ərzində hər gün manqo yeyənlərdə insulin müqaviməti azalıb, mədəaltı vəzin funksiyası və bədənin qan şəkərinin səviyyəsini tənzimləmək qabiliyyəti yaxşılaşıb, qlükoza tolerantlıq testinə cavab olaraq insulin konsentrasiyaları azalıb.
Professor Indika Edirisinqhenin sözlərinə görə, tapıntılar manqonun tərkibindəki yüksək şəkər səbəbiylə kilo almağa və diabetə gətirib çıxaracağı ilə bağlı mifləri təkzib edir: "Biz görürük ki, manqo arıqladır, həm də antioksidant xüsusiyyətlərinə görə qan şəkərinə nəzarəti yaxşılaşdırır".
Alimlər deyirlər ki, bu araşdırmanın nəticəsi pəhrizə təzə meyvələrin, xüsusilə də manqonun daxil edilməsinin ürək sağlamlığını qorumağa, çəkini idarə etməyə və qan şəkərinin səviyyəsini normada saxlamağa kömək edə biləcəyini təsdiqləyir.
Ləman
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















