Sağlamlıq
Psixoloqdan xəbərdarlıq: internetin səbəb olduğu "xəstəlik" sürətlə YAYILIR
Yəqin ki, çoxumuz orqanizmimizdə yaranan hər hansı bir narahatlıq, fiziki şikayətlə bağlı həkimə getmədən öncə internetdə araşdırma edirik. İnternetdə rast gəlinən qeyri-dəqiq məlumatlar əsasında diaqnoz qoyuruq. Bu bəsit görünən həll metodu çox zaman xəstəliklə bağlı şübhələrin artmasına səbəb olur.
Həddindən artıq axtarış isə şübhələrin artmasına və narahatlığın ciddi bir problemə çevrilməsinə yol açır.
Yəni əslində ciddi bir xəstəlik olmadığı halda insanın o anda yaşadığı stress narahatlıq, qorxu və ya depressiya kimi emosional vəziyyətlər bədənin fiziki vəziyyətinə də təsir göstərir. Məşhur bir ifadədə də qeyd olunduğu kimi: Hər şey beyində başlayır.
Sən demə insanların internetdə qarşılaşdıqları qeyri-dəqiq və qorxuducu tibbi məlumatlardan təsirlənərək özlərini çoxsaylı xəstəliklərlə əlaqələndirmələri də xəstəlik imiş. Bu fenomenə pxisologiyada 'Siberkondriya' adı verilir.
İnternetdən yoluxan bu "xəstəlik" insanların sağlamlıqla bağlı yanlış düşünmələrinə səbəb olur. Bununla yanaşı, həddindən artıq narahatlıq və təlaş yaratmaqla, insanların həyat keyfiyyətini aşağı salır. Səhv diaqnozların qoyulmasına və yanlış müalicə metodlarına yönlənmələrinə gətirib çıxarır. "Siberkondriya yalnız psixoloji təsir göstərmir. Həmçinin lazım olmayan dərmanlardan istifadəni də artırır.
Mütəxəssislər bildirirlər ki, internetdən istifadə artdıqca bu xəstəliyə yoluxma riski də artan dinamika ilə davam edəcək.
Bəs, bununla necə mübarizə aparmaq olar?
Publika.az xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib. O deyib ki, psixoloq və psixiatrlar tərəfindən Siberkondriya ilə bağlı diaqnoz qoyulmur. Onun sözlərinə görə, bu, xəstəlik olmadığı üçün dərmanlarla müalicə edilə bilmir.
"Lakin simptomlardan müəyyən edə bilirik. Siberkondriya ayrıca deyil, xəstəliklərin arasında bir qoldur. Bu da internetdə daha çox zaman keçirərək xəstəliklər haqqında araşdırmaq, müəyyən xəstəliklər haqqında məlumat almaqdır. Səbəblər müxtəlifdir. İnsan var ki, o çox bilgiyə sahib olmaq istəyir. Elə insanlar da olur ki, xəstədirlər və öz xəstəlikləri haqqında həddən artıq çox məlumat əldə etmək istəyirlər. Buna səbəb öz xəstəliklərini idarə etməkdir. Bəzilərinin isə sadəcə bir işlə məşğul olmağa ehtiyacı var. Lakin ən başlıca məsələ psixoloji narahatlıqla bağlıdır", - o deyib.
F.Mehmanqızı bunun müalicəsinin yalnız psixoloqla mümkün olduğunu deyib:
"Məsələnin əsas mahiyyəti öyrənilir, kökündə dayanan problem araşdırılır. Bu zaman şəxsin problemi mütəxəssis tərəfindən aşkarlanır və müalicə edilir. Ümumiyyətlə birşey həyat tərzinizə mane olursa, o problemdir".
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi



































