Sağlamlıq
Artrit ilə bağlı məşhur mif dağıldı
Artritə səbəb olan əsas amil oynaqların aşınması deyil, artıq çəkidir.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror"a britaniyalı həkim Alexander van Tulleken deyib.
Mütəxəssis qeyd edib ki, osteoartrit oynaqlarda şişkinlik, hərəkətin məhdudlaşdırılması və ağrı kimi əlamətlərlə xarakterizə olunur. Bu xəstəlik illər keçdikcə oynaq toxumalarının elastikliyini və bərpa etmək qabiliyyətini itirməsi ilə baş verir.
“Əvvəllər artritin oynaqların aşınmasından qaynaqlandığını düşünürdük və bəzi insanlar bu gün də bu fikirdədirlər. Ancaq bu, sadəcə dağıtmaq istədiyim bir mifdir. Dizləri dözülməz aşınmaya məruz qalan strukturlar kimi düşünməməliyik", - deyə Dr. van Tulleken bildirib.
Həkim vurğulayıb ki, osteoartrit həqiqətən yaşlı insanlarda daha çox olur. Ancaq onun inkişafının əsas səbəbi artıq çəki, həmçinin genetik meyl, zədələr və pis qidalanmadır.
Terapevt qeyd edib ki, osteoartritli insanlar aktivlikdən qorxmamalıdırlar. Əksinə, həkim müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmağı və oynaqları gücləndirməyə kömək edəcək məşqlər etməyi tövsiyə edib.
Adəm
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi



































