Sağlamlıq
Hansı məhsullar dişlər üçün daha faydalıdır?
"Dişlərin sağlamlığı təkcə ağız boşluğunun gigiyenasından deyil, həm də qidalanmadan asılıdır".
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ortodont həkim Viktoriya Radkon danışıb.
O, hansı mikroelementlərin və məhsulların möhkəm dişləri qorumağa kömək edəcəyini söyləyib.
"Kalsium - diş minası üçün əsas tikinti materialıdır, o dentini (dişin minerallaşmış sərt toxuması) möhkəmləndirir və dişlərin dağılmasının qarşısını alır. Ftor və fosforla birlikdə bu element minanı kariyesə qarşı daha davamlı edir. Süd məhsulları, xüsusilə bərk pendirlər, həmçinin balıq və qoz-fındıq kalsiumla zəngindir. Kalsiumun mənimsənilməsinə cavabdeh olan "K" vitamini isə ispanaq, soya və kartofdan əldə edilə bilər", - deyə Radko qeyd edib.
Həkimin sözlərinə görə, diş ətinin sağlamlığı üçün mübadilə proseslərini stimullaşdıran və iltihabın qarşısını alan "C" vitamini lazımdır. Bu vitamin sitrus meyvələrində, çiyələkdə və şirin bibərdə çoxdur. Lakin həkim xəbərdarlıq edir ki, yüksək turşuluğa malik meyvələr minanı nazikləşdirə bilər, buna görə də, onları yedikdən sonra ağzı su ilə yaxalamaq lazımdır.
"Dəmir və "B12" vitamini ağız boşluğunun selikli qişasının sağlamlığını qoruyur, xora və iltihabın qarşısını alır. Bu elementlər ətdə bol miqdarda var. Bundan əlavə, elə məhsullar var ki, dişləri mexaniki olaraq təmizləyir, tüpürcək ifrazına kömək edir və diş ətində qan dövranını yaxşılaşdırır. Alma, yerkökü, turp və kərəviz nəinki orqanizmi vitaminlərlə zənginləşdirir, həm də dişlər üçün təbii fırça kimi işləyir", - deyə Radko əlavə edib.
Mütəxəssis xatırladır ki, düzgün qidalanma mütəmadi ağız boşluğu gigiyenası ilə birlikdə dişləri sağlam saxlamağın və stomatoloji problemlərin qarşısını almağın ən yaxşı yoludur. (oxu.az)
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi


































