Sağlamlıq
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
100-ə yaxın xəstə britaniyalı cərrahın onları şikəst qoyduğunu iddia edib.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, həmin həkimin cərrah ixtisasına sahib olmadığı və 91 nəfəri şikəst etdiyi bildirilir.
Söhbət "Walsall" dövlət xəstəxanasında işləyən "cərrah" Mian Munavar Şahdan gedir.
Qurbanlardan biri 51 yaşlı Angela Qlover olub. 2018-ci ildə "cərrah" onun çiyninin yerindən çıxdığını bildirərək qadını əməliyyat edib. Sonradan məlum olub ki, xəstədə yalnız əzələ yırtığı olub və əməliyyata ehtiyac olmayıb.
Qadın iddia edir ki, hazırda daimi ağrılar yaşayır və yeni doğulmuş nəvəsini qucağına ala və ya normal gündəlik işləri yerinə yetirə bilmir.
Təhqiqat zamanı həmin həkimin ən azı 91 xəstəyə "qeyri-standart" tibbi yardım göstərdiyi, onların hamısını çiyin və ya bilək əməliyyatı etdiyi üzə çıxıb.
Üstəlik, həkimin mürəkkəb əməliyyatları yerinə yetirmək üçün "lazımi" bacarıqlara malik olmadığı da müəyyən edilib.
Xəstəxana direktoru Şahın hərəkətlərindən əziyyət çəkən xəstələrdən və onların ailələrindən üzr istəyib.
Həkimin hansı məsuliyyətlə üzləşəcəyi hələlik məlum deyil. Xəstələrin dəymiş ziyana görə pul kompensasiyası alıb-almadıqları da açıqlanmayıb.
Ləman
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























