Sağlamlıq
"TikTok"da gündəm olan bu oyuncaq nadir psixi xəstəlik yaradır
"TikTok"da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar uşaqlarda və onların analarında patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaradır.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı material dərc edib. Materialda bir neçə rusiyalı dermatoloqun bu trendin təhlükəli olması barədə xəbərdarlıqları yer alıb.
Bildirilir ki, insanın heç bir səbəb olmadan dərisini qurdalamaq xəstəliyi infeksiyalar, iltihablar, psixi problemlər kimi nəticələrə gətirib çıxara bilər.
"Antistres" kimi satılan oyuncaq haqqında videoçarxlar "TikTok" və digər sosial şəbəkələrdə geniş yayılıb. Uşaqların "dəli olduğu" bu yumşaq oyuncaq üzərindəki sızanaqları sıxmaq mümkündür. Ən məşhur model isə uşağın üzüdür.
Lakin həkimlərin sözlərinə görə, bu trend təhlükəlidir, çünki ağlı hələ tam formalaşmamış uşaqlara təsir göstərir, çünki onlar daha sonra sıxma prosesini öz üzərilərində həyata keçirməyə başlayırlar. Hətta iş o yerə çatır ki, nəyisə sıxmaq həvəsi ilə altında təmiz dəriyə zərər verirlər, infeksiya salırlar və s. Belə hallar artıq kifayət qədərdir. Hətta analar artıq xəstəxanalara müraciət etməyə başlayıblar.
Xəstələrdə patomimiya inkişaf edir - adama elə gəlir ki, onun hər yerində sızanaqlar var və o, sözün əsl mənasında özünü parçalayır. Belə halda dermatoloqlar xəstəni psixiatra yönləndirirlər ki, o da həblər və uzunmüddətli müalicə təyin edir. (Oxu.az)
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























