Sağlamlıq
Martda təhlükəli günlərdə necə qorunmaq olar? - Həkim açıqladı
Mart ayında maqnit qasırğaları meteohəssas insanlar üçün əsl dözümlülük sınağıdır.
Təzyiq artımlarının, başağrılarının və yorğunluğun qarşısını almaq üçün həyat tərzinizdə kiçik dəyişikliklər etməli olacaqsınız.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Çirkova danışıb.
Çirkova dərmanlarsız və stres olmadan Günəşdə partlayışların təsirini minimuma endirməyin yollarından bəhs edib.
Beləliklə, özünüzü daha yaxşı hiss etmək üçün nə etməlisiniz?
Ən azı 7-8 saat yatın
Xroniki yuxusuzluq maqnit qasırğalarının orqanizmə təsirini artırır. Yatağa daha erkən saatda gedin və yatmazdan əvvəl bütün gadcetləri söndürün.
Qəhvə və energetik içkiləri unudun
Kofein və energetik içkilər qan damarlarını yükləyir və bu zaman əgər qan təzyiqi qəfil qalxarsa, sağlamlıq vəziyyətinə pis təsir göstərə bilər.
Bitki çayları için
Çobanyastığı, nanə və melissa çayı sinir sistemini sakitləşdirir və maqnit qasırğalarının təsirini azaltmağa kömək edir.
Mədənizi çox yükləməyin
Yağlı və yüksək kalorili qidalar qan dövranını pozur və bu da qan damarlarını daha həssas edir. Liflə zəngin olan yüngül qidalar bu dövrü daha asan keçirməyinizə kömək edəcək.
Açıq havada daha çox vaxt keçirin
Qısa gəzintilər oksigen qəbul edilməsini yaxşılaşdırır, yüngül fiziki hərəkətlər isə gərginliyi aradan qaldırmağa kömək edir.
Əllər və ayaqlar üçün kontrast vannaları
Bu vannalar damar tonusunu stimullaşdırır, orqanizmin maqnit sahəsinin dalğalanmalarına uyğunlaşmasına kömək edir.
Olqa Çirkovanın sözlərinə görə, həmçinin xatırlamaq vacibdir ki, maqnit qasırğaları qorxulu deyil. Əgər sadə qaydalara əməl etsəniz, sağlamlığınız Günəşdə partlayışlardan asılı olmayacaq. (Oxu.az)
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























