Sağlamlıq
Avokadonun elə faydaları üzə çıxdı ki...
Avokado sağlam yağların və lifin - həzmi yaxşılaşdıran pəhriz lifinin tam mənbəyi hesab edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə amerikalı diyetoloq və kardioloq Stiven Qandri məlumat verib.
O bildirib ki, bu məhsulun istehlakı qidalanma keyfiyyətini yaxşılaşdıra və çəki azalda bilər.
Qandri izah edib ki, avokado sağlam həzmi dəstəkləyən və qida maddələrinin daha yaxşı mənimsənilməsini təşviq edən mono doymamış yağlar və prebiyotik liflə zəngindir:
"Avokadonun müntəzəm istifadəsi nəticəsində özünüzü daha uzun müddət tox hiss edəcəksiniz və artıq yemək istəyin azalacaq. Bu da arıqlamağa kömək edə bilər".
Həkim Pensilvaniya Dövlət Universitetinin Qidalanma Elmləri Departamentinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaya da istinad edib. Nəticələr göstərib ki, gündə bir avokado yeyən iştirakçıların yemək vərdişləri və ümumi sağlamlıqları yaxşılaşıb.
Bundan əlavə, avokado yüksək olein turşusu tərkibinə görə ürək-damar sistemini dəstəkləyir. Bu meyvə həm də vitaminlər və antioksidantlarla zəngindir.
Kardioloq əlavə edib ki, orta hesabla avokadonun tərkibində təxminən 10 qram lif - həzm və maddələr mübadiləsini normallaşdıran bitki lifləri var.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























