Sağlamlıq
Ən çox lif ehtiva edən meyvələr - SİYAHI
Lif tərkibinə görə “rekord qıran” meyvələr açıqlanıb.
Publika.az xəbər verir ki, meyvələr arasında pəhriz lifinin tərkibinə görə rekordçular quava, armud, kivi, qreyfrut, alma (qabıqlı halda yemək şərti ilə) və sitrus meyvələridir.
Bu barədə "WelnessPulse"a tibb elmləri doktoru, dietoloq Aleksandra Ginos bildirib.
Həkim izah edib ki, lif bir çox faydalı xüsusiyyətlərə malikdir. Belə ki, lifli qidalar həzm sisteminin sağlamlığını qoruyur, həmçinin toxluq hissini tənzimləməklə qanda xolesterinin səviyyəsini aşağı salır, çəkini azaldır.
Onun sözlərinə görə, gündə 2000 kalorili pəhrizdə təxminən 28 qram lif istehlak etmək lazımdır. Gündəlik kalori qəbulu artdıqca, lifin nisbəti də artmalıdır.
"Bədəni liflə effektiv şəkildə doyurmaq üçün kiçik həcmli olsa da, maksimum miqdarda pəhriz lifi ehtiva edən qidalara üstünlük vermək lazımdır. Ən çox lif ehtiva edən meyvə quavadır. Bu ekzotik meyvədən bir porsiya yemək sizə 8,9 qram lif almağa kömək edəcək.
Bir fincan dilimlənmiş armudda 5,5 qram, kividə 5,4 qram, qreyfrutda 5 qram, almada 4,8 qram, mandarin və portağalda 3,5 qram faydalı qida lifi var. Bir stəkan moruqda təxminən 8 qram lif var, böyürtkən və qaragilədə isə bir qədər az (müvafiq olaraq 7,6 və 3,6 qram) lif olur", - deyə Ginos qeyd edib.
O, sağlam oynaqlar üçün də lif istehlak etməyin vacibliyini vurğulayıb.
Ləman
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO


































