Sağlamlıq
Arıqlamağı sürətləndirən qidalanma sxemi
Kolorado Universitetinin alimləri müəyyən ediblər ki, həftədə üç gün dövri aclıq gündəlik kalori hesablamaqdan daha effektiv çəki itirməyə kömək edir.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Annals of Internal Medicine" (AIM) jurnalında dərc edilib.
Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan 165 yetkin insan iştirak edib. Onlar iki qrupa bölünüblər. Birinci qrup modifikasiya edilmiş aclıq rejimini saxlayıb - həftədə üç gün (ardıcıl olmayaraq) iştirakçılar adətən qəbul etdiklərindən 80% daha az kalori qəbul etməli idilər. Qalan günlərdə könüllülər ciddi məhdudiyyətlər olmadan qidalanıblar.
İkinci qrupdakı sınaq iştirakçıları hər gün klassik kalori defisitinə riayət ediblər. Qeyd olunur ki, bütün iştirakçılar idman zalına pulsuz abunələr alıblar - onlara həftədə ən azı 300 dəqiqə idmanla məşğul olmaq tövsiyə edilib.
Hər iki qrup qəbul edilən kalorini izləmək üçün tətbiqlərdən istifadə etməyi öyrənib.
Könüllülərə, həmçinin gündəlik kalorinin 55%-ni karbohidratlara, 15%-ni zülallara ayırmaq, qalan 30%-ni isə yağlardan almaq məsləhət görülüb.
Könüllülər bir il ərzində pəhrizə riayət ediblər. Eksperimentin sonunda birinci qrupdakı iştirakçılar gündəlik kalori məhdudiyyəti olan qrupla müqayisədə orta hesabla bədən kütləsinin 7.6%-ni itirib, ikinci qrupda isə bu göstərici 5% olub.
Üç günlük interval aclığına riayət edənlərdə, həmçinin bir neçə kardiometabolik göstəricilərdə daha əlverişli dəyişikliklər müşahidə edilib. Xüsusilə, belə qidalanma sxemi sistolik arterial təzyiqi azaltmağa, xolesterin (ümumi və ASLP) və acqarnına qan qlükozası səviyyələrini normallaşdırmağa kömək edib. (Oxu.az)
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














