Sağlamlıq
Parasetamol: Kişilər üçün gizli TƏHLÜKƏ
Parasetamolun yüksək dozaları kişi orqanizmində toplanaraq toksik təsir göstərə və aktiv spermatozoidlərin sayını azalda bilər.
Publika.az xəbər verir ki, bu barədə Londondakı Brunel Universitetinin alimləri aşkar ediblər.
Tədqiqatlar getdikcə daha çox təsdiqləyir ki, bütün dünyada kişilərdə spermatozoidlərin sayı davamlı olaraq azalır. Bir nəsil ərzində bu göstərici 60% azalıb. 2000-ci ilə qədər alimlər kişi fertilliyinin ildə 1% azaldığını bildirirdilər, lakin son vaxtlar bu temp iki dəfə artıb.
Britaniyalı həkimlər qeyd edirlər ki, gənc kişilər fertillik problemləri ilə yaşlı nəsillərin nümayəndələrindən demək olar ki, üç dəfə daha çox qarşılaşırlar. Bu, demoqrafiyaya təsir göstərir: ölkədə doğum səviyyəsi aşağı düşüb.
Brunel Universitetinin alimlərinin fikrincə, kişi fertilliyinin pisləşməsinin gözlənilməz səbəbi populyar ağrıkəsici - parasetamolun qəbulu ola bilər. Təxminən min kişini əhatə edən tədqiqatda, bütün iştirakçılarda sidikdə parasetamol konsentrasiyası icazə verilən səviyyələri aşıb.
Tədqiqatçılar güman edirlər ki, hormonal sistemin işini pozan digər kimyəvi maddələrlə birlikdə parasetamol orqanizmdə toplanıb spermatozoidlərin sayını azaldan uzunmüddətli toksik təsir göstərə bilər.
Laboratoriya eksperimentləri bu əlaqəni təsdiqləyib. Parasetamol yeridilən və döl xayalarının toxuması köçürülən siçanlarda testosteron istehsalının azalması müşahidə edilib.
Kişi fertilliyinin azalmasını digər populyar ağrıkəsici - ibuprofenlə də əlaqələndirirlər. Tədqiqatlar göstərir ki, o, testosteron səviyyəsini azalda və sperma istehsalına mane ola bilər.
Bununla belə, bütün həkimlər kişi sonsuzluğunun əsas "günahkarları"nın dərmanlar olduğunu düşünmürlər.
"Endokrin pozucuların təsiri həkimləri narahat edən bir problemdir. Əlbəttə, bu amil bütün kişilərdə fertilliyi azaltmayacaq - genetika və həyat tərzi də mühüm rol oynayır", - britaniyalı alimlər bildiriblər.
(Oxu.az)
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO


































