Sağlamlıq
Qəhvənin yeni faydaları ÜZƏ ÇIXDI
Alimlər qəhvənin yaddaşı yaxşılaşdırdığını və beyni qocalmadan qoruduğunu üzə çıxarıblar.
Publika.az xəbər verir ki, Yuta Universitetindən və digər elmi qurumlardan olan amerikalı alimlər kofeinin az öyrənilmiş metaboliti olan 1-metilksantin (1-MX) gözlənilməz xüsusiyyətlərini aşkar ediblər.
Məlum olub ki, bu maddə yaddaşı yaxşılaşdırmaqla yanaşı, beyni yaşa bağlı dəyişikliklərdən qoruyaraq əsas neyrotransmitterlərin səviyyəsini artırır.
Tədqiqat "PLOS One" elmi jurnalında dərc olunub.
Təcrübə 32 siçovul üzərində aparılıb, onların yarısı gənc (8 həftəlik), digər yarısı isə yaşlı (16 aylıq) olub. 12 gün ərzində heyvanlar gündə 100 mq 1-MX (insan dozasına ekvivalent) qəbul ediblər.
Nəzarət qrupu ilə müqayisədə gənc siçovullarda platformanın tapılmasına sərf olunan vaxt 39%, yaşlı siçovullarda isə 27% azalıb.
Biokimyəvi analiz də 1-MX-nin beyinə kompleks təsirini aşkarlayıb. Məlum olub ki, bu birləşmə asetilkolin, dopamin və GABA kimi nörotransmitterlərin səviyyəsini artırır. O, həmçinin neyronların böyüməsini təşviq edən neyrotrofik amil BDNF-ni artırır, antioksidant fəaliyyəti gücləndirir və Alzheimer xəstəliyi ilə əlaqəli olan beta-amiloid səviyyəsini azaldır.
Ləman
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














