Sağlamlıq
İnfarkt, yoxsa "Sınmış ürək" sindromu? - Həkimdən XƏBƏRDARLIQ
Daha çox "sınmış ürək sindromu" kimi tanınan takotsubo güclü emosional sarsıntı fonunda yaranır və simptomları infarktı xatırladır.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ürək-damar cərrahı Tahir Yarahmedov danışıb.
Həkimin sözlərinə görə, bu sindrom ilk dəfə 1990-cı ildə yapon həkimi Hikaru Sato və onun həmkarları tərəfindən müşahidə edilib. Adını da buradan alıb: stres zamanı ürəyin sol mədəciyi kəskin genişlənir, normal yığılma qabiliyyətini itirir və formaca yaponların "takotsubo" adlandırdığı - səkkizayaqlı ilbizləri tutmaq üçün istifadə edilən qaba bənzəyir.
Bu vəziyyət əsasən 60 yaşdan yuxarı qadınlarda müşahidə olunur və indiyə qədər dünya üzrə 1750-dən çox hadisə qeydə alınıb. Pasiyentlər əksər hallarda infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilir.
Tahir Yarahmedov bildirib ki, takoçubo sindromunun simptomları kəskin miokard infarktına bənzəyir:
"Döş qəfəsi arxasında sol qola və ya çənəyə yayılan kəskin ağrı, təngnəfəslik, soyuq tər, qorxu hissi, bəzən isə bədən hərarətinin 37-38°C-yə qədər qalxması müşahidə edilir. Lakin infarktdan fərqli olaraq, bu sindrom koronar (tac) arteriyalarda ciddi dəyişiklik olmayan xəstələrdə güclü emosional stres fonunda yaranır və emosional vəziyyət sabitləşdikdən sonra tez bir zamanda keçib gedə bilər".
Uzun müddət zərərsiz hesab olunmasına baxmayaraq, son tədqiqatlar göstərir ki, takotsubo sindromu ciddi ürək çatışmazlığına, ritm pozuntularına və həyati təhlükəyə səbəb ola bilər. Bu səbəbdən vaxtında diaqnoz və müalicə olduqca vacibdir.
Cərrah əlavə edib ki, uğurlu müalicə üçün yalnız ürəyə deyil, həm də sindromun yaranmasına səbəb olan psixoloji stres faktorlarına diqqət yetirmək lazımdır.
(Oxu.az)
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














