Sağlamlıq
Ürəyiniz tez-tez belə yeməklər istəyirsə... - Bu xəstəliklərin xəbərçisi ola bilər
Bədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əlaməti ola bilər.
Publika.az xəbər verir ki, bəzən bədənimizdə baş verən dəyişikliklər ilk baxışda adi görünsə də, əslində sağlamlığımızla bağlı ciddi mesajlar verir. Bu dəyişiklikləri vaxtında hiss etmək və düzgün diaqnoz qoya bilmək bəzən fərqində olmadığımız xəstəlikləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, gün ərzində tez-tez yatmaq istəyi, ya da səbəbsiz yerə çox su içmək istəyi kimi hallar göründüyü qədər zərərsiz olmaya bilər. Məsələn, duzlu yeməklərə olan həddindən artıq istək bədəndə mineral və vitamin çatışmazlığının və ya başqa bir problemin əlaməti ola bilər.
Dəridə qalınlaşma, qaşınma, qabıqlanma və ya qızartılar isə bəzən hormonal pozğunluqların, ekzema və ya allergiyanın xəbərçisi ola bilər. Belə hallar davamlı olarsa, qan analizi vermək tövsiyə olunur.
Yuxusuzluq və ya gündüz saatlarında qəfil yuxuya getmə halları "hipersomniya" deyilən vəziyyətlə əlaqəli ola bilər. Gecə normal və uzun müddət yatan bu insanlar, yenə də gün ərzində yuxuya meylli olurlar. Mütəxəssislər bunun sadəcə yorğunluqdan deyil, başqa sağlamlıq problemlərindən qaynaqlana biləcəyini bildirirlər.
45 yaşdan cavan insanlarda göz bəbəyi ətrafında yaranan ağ və ya boz halqa isə yüksək xolesterinin əlaməti ola bilər. Həkimlər bu dəyişikliyin öz-özlüyündə zərərsiz olduğunu, lakin daxili problemin göstəricisi ola biləcəyini qeyd edirlər.
Əsəbi və aqressiv davranışlar da bəzən insanın xarakterindən deyil, depressiya kimi psixoloji pozğunluqlardan qaynaqlana bilər.
Əgər döş nahiyənizdə şişkinlik, bərklik, qızartı, qaşınma və ya dəridə çökəklik hiss edirsinizsə, bu hallar vaxtında müayinə olunmalıdır. Bu simptomlar döş xərçənginin erkən əlamətləri ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.
Duzlu qidalara qarşı idarəolunmaz istək, dəmir çatışmazlığı, qanazlığı, maye itkisinin və ya menstruasiya öncəsi sindromun göstəricisi ola bilər. Eyni zamanda, davamlı susuzluq hissi də həmişə adi səbəblərlə bağlı olmaya bilər - bu, bəzən şəkərli diabet və ya hamiləliyin ilk əlamətləri ola bilər.
Unutqanlıq, yorğunluq və ümumi halsızlıq da bəzən depressiyanın xəbərçisi ola bilər.
Hər birimiz bədənimizi yaxşı tanımalı və ona qarşı diqqətli olmalıyıq. Çünki o, öz dili ilə bizə çox şey söyləyir.
(Milli.az)
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı
-
Sosial20 Aprel 17:00Əli Əsədov qərar imzaladı




































