Sağlamlıq
Siqaretin bu növü DAHA TƏHLÜKƏLİDİR: diabetdən tutmuş ürək çatışmazlığına qədər...
Cons Hopkins Universitetinin alimləri ABŞ-ın bir sıra tədqiqat mərkəzlərindən olan həmkarları ilə birlikdə vapinq (elektron siqaret) istifadəçilərinin digərlərinə nisbətən daha çox tənəffüs xəstəliklərinə tutulduğunu aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Nicotine & Tobacco Research" jurnalında məqalə dərc olunub.
Böyük tədqiqatda təxminən 250.000 insan iştirak edib. Tədqiqatlar vaping və xroniki obstruktiv ağciyər xəstəliyi arasında güclü əlaqə olduğunu göstərib. Bundan əlavə, 30-70 yaş arası siqaret çəkənlərin hipertoniyaya tutulma riskinin artdığı aşkar edilib.
Elm adamları iştirakçıları vərdişlərinə görə bölüblər: bəzi insanlar yalnız elektron siqaretlərdən istifadə edib, bəziləri adi siqaret çəkib, üçüncü qrup hər iki növü birləşdirib, nəzarət qrupuna isə ümumiyyətlə siqaret çəkməyənlər daxil edilib. Bütün iştirakçıların sağlamlığı dörd il ərzində xəstəliklərin inkişafını qeyd edərək izlənilib.
Adi siqaret çəkənlərin diabetdən tutmuş ürək çatışmazlığına qədər bütün parametrlərdə xəstəlik riski daha yüksək olub. Və hər iki siqaret növünü birləşdirənlər üçün sağlamlıq riski səviyyəsi ən yüksək olub. Tədqiqatın müəllifləri vurğulayıblar ki, elektron siqaretlər ənənəvi siqaretlər qədər dağıdıcı olmasa da, heç də təhlükəsiz deyil.
Hüseyn İbadlı
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














