Sağlamlıq
Diqqətli olun! - Xəstəlik mövsümü başladı
Bir gün içində dörd fəsli bir arada yaşadan ani temperatur dəyişiklikləri sağlamlığımıza həm psixoloji, həm fiziki, həm də maddələr mübadiləsi baxımından mənfi təsir göstərir.
Publika.az xəbər verir ki, ölkə üzrə havanın qəfil və gözlənilməz dəyişməsi qrip kimi xəstəliklərin yayılmasına səbəb olur. Prof. Dr. Şevket Özkaya dəyişkən hava şəraitində nələrə diqqət yetirilməli olduğunu açıqlayıb. Onun sözlərinə görə iqlim dəyişikliyinin təsiri ilə mövsümi xəstəliklər artıq fəsildən asılı olmayaraq ilin istənilən dövründə ortaya çıxır. Bir gün ərzində dörd fəsli yaşamaq orqanizmə sistemli şəkildə təsir edir və qızdırma, öskürək, halsızlıq, uzunmüddətli yorğunluq və oynaq ağrıları kimi şikayətlərə yol açır. Bu əlamətlər hətta kiçik temperatur fərqində belə təkrarlanaraq "xroniki qrip" halına gələ bilir.
Prof. Dr. Özkaya həmçinin ani iqlim və temperatur dəyişikliklərinin psixoloji təsirlərinin də güclü olduğunu bildirib. O qeyd edib ki, bu dəyişikliklər narahatlıq, təşviş, yuxusuzluq, əzələ ağrıları və qidalanma pozğunluğu kimi fiziki və emosional əlamətlərlə özünü göstərə bilər. Qadınlar hava dəyişikliklərinə qarşı daha həssas ola bildiyi halda, kişilərdə isə adətən yuxu pozğunluğu, aqressivlik və dözümsüzlük kimi davranış dəyişiklikləri müşahidə olunur.
(Milli.az)
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)















