Sağlamlıq
Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
Gündə hər kiloqram çəki üçün bir qram yağ istehlak etməlisiniz.
Publika.az xəbər verir ki, bunu həkim-dietoloq Karmen Alba "La Razоn"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yetkin bir insanın gündə bir kiloqram bədən çəkisi üçün təxminən bir qram yağ istehlak etməsi vacibdir:
"Bu miqdar Alzheimer xəstəliyindən, ürək-damar patologiyalarından qoruyur, həmçinin immunitetin zəifləməsinin qarşısını alır. Gündəlik qidalanmada kifayət qədər miqdarda yağa yer verdikdə bu, ürəyi qoruyur və bəzi xərçəng növləri ilə bağlı xroniki iltihab riskini azaldır.
Sağlam yağlar həm də sağlam gözlər, sümüklər deməkdir. Yağ vacib vitaminlərin mənimsənilməsini asanlaşdırır, idrak qabiliyyətinin azalmasının qarşısını alır".
Doktor Alba xatırladıb ki, orqanizm balıq, avokado, çərəzlər, toxumlar və yüksək keyfiyyətli bitki yağlarında olan doymamış və əsas yağlarla doyurulmalıdır. Eyni zamanda, trans yağların istehlakı məhdudlaşdırılmalıdır. Yəni, "fast-food", qənnadı məmulatları menyudan çıxarılmalı, qırmızı ət istehlakı isə azaldılmalıdır.
Həkim faktiki yağ ehtiyacının yaş, fiziki fəaliyyət səviyyəsi, sağlamlıq məqsədləri və cins kimi amillərdən asılı olduğunu da xatırladıb.
“Məsələn, güc məşqləri edən insanların yağ yandırmaq qabiliyyəti artır. Əzələləriniz nə qədər çox olarsa, piyləri əritmək qabiliyyətiniz bir o qədər yüksək olar”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Ləman
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)















