Sağlamlıq
Pivənin bu növünün sağlamlığa faydalı olduğu açıqlandı
Sağlamlığa faydalı pivə növü müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya Rusiya Biotexnologiya Universitetinin (ROSBIOTECH) fermentasiya texnologiyası və şərabçılıq kafedrasının professoru Marina Moyseyak bildirib.
O, süzülməmiş pivənin faydalı olduğunu açıqlayıb.
Onun sözlərinə görə, orta miqdarda filtirsiz pivə işdən və ya hərhansı fiziki fəaliyyətdən sonra gücü bərpa etməyə kömək edir. Bu təsir içkidə B vitaminləri və digər qida maddələrinin olması ilə izah olunur.
Mütəxəssis izah edib ki, şəkərli diabet kimi endokrin sistem xəstəlikləri olan insanlara pivə tövsiyə edilmir. Sağlam insanlar isə bəzən axşam saatlarında bir şüşə filtirsiz pivə içə bilərlər. Tünd və süzülməmiş növlərə üstünlük vermək vacibdir.
“Süzülməmiş pivə sağlam içki sayılır, çünki tərkibində qida maddələri var. Məsələn, B vitaminlərinin olması səbəbindən pivə bədənə rahatlaşdırıcı təsir göstərir və ağır iş günündən sonra gücü bərpa edir", - deyə Moyseyak qeyd edib.
O, pivənin yanına heç bir qəlyanaltı əlavə etməməyi məsləhət görüb. Kraker, çips, çərəzlər və ya qurudulmuş balıq həddən artıq duz ehtiva edir. Belə məhsulların pivə ilə birlikdə istehlakı orqanizmdə suyun tutulmasına və nəticədə şişkinliyə səbəb olur. Odur ki, pivə içənlər qəlyanaltıdan imtina etməlidirlər.
Ləman
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)















