Sağlamlıq
Xəbərdarlıq: 40 dəqiqədən çox bir yerdə oturmayın
Bel ağrısı cəmiyyətdə ən çox yayılmış ağrı növlərindən biridir. Xüsusilə ofis işçiləri, uzun müddət oturan və ya ayaq üstə duranlar, gün ərzində çox hərəkət etməyən insanlar bu problemlə üzləşirlər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin onurğa cərrahiyyəsi mütəxəssisi Mehmet Aydoğan xəbərdarlıq edib.
Onun sözlərinə görə, bel ağrısı problemində artım xüsusən pandemiya dövründən sonra müşahidə olunub:
"Bel ağrıları xüsusilə pandemiyadan sonra dəyişən, daha oturaq həyat tərzi səbəbiylə artıb. Bu, əslində ciddi vəziyyətdir. Bədənin bir hissəsi ağrayırsa, bu, digər xətəliklərdən də xəbər verir. Bu o deməkdir ki, orada işlər yaxşı getmir. Xüsusilə bel ağrıları ayaqlara yayılırsa, gecə ağrıları varsa, ayaqlarda qızdırma yaranırsa, diqqətli olmaq lazımdır. Həkimlə məsləhətləşmək lazımdır.
Əgər işiniz ofis işidirsə, mütləq erqonomik kresloda oturmalısınız. Həmçinin 40 dəqiqədən çox olmamaqla dik şəkildə əyləşmək lazımdır. Əzələlərimizi gücləndirmək üçün hamımız mümkün qədər çox gəzməli və məşqlər etməliyik. Çünki bel ağrılarının ən çox yayılmış səbəbi əzələlərdən düzgün istifadə edilməməsidir”.
Roza
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













