Sağlamlıq
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır.
Publika.az xəbər verir ki, bu fikirləri Modern.az saytına açıqlamasında, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
O qeyd edib ki, bu gün məktəb və universitet kənarlarında enerji içkilərinin azyaşlılara satıldığını görə bilərik.
"Nəticədə görürük ki, bu içkilərin satışında müştərinin yaşı nəzərə alınmır. Məhsulların zərərləri tərkibindəki maddələrlə bağlıdır. Yüksək miqdarda kofein, şəkər və digər kimyəvi maddələrin olması insan orqanizmi üçün zərərlidir. Bəzən bu maddələri vitamin adı altında məhsul üzərinə yazırlar. Sintetik maddələrdən ibarət olduqları üçün insan orqanizmi zərərli hesab olunur".
Mütəxəssis deyib ki, bu içkiləri daimi qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet riskini artırır.
"Tərkibində olan kofein yorğunluğu azaltsa da, artıq qəbul etmək yuxusuzluq, iştahsızlıq, narahatlılıq yaradır. Jenşen bitkisi immun sisteminin güclənməsinə şərait yaratsa da, enerji içkisinin tərkibində olduqda, öz funksiyasını itirir".
Məhsəti Hüseynova vurğulayıb ki, 20-25 yaşlı gənclər bu içkilərdən uzaq dursalar yaxşı olar.
"Çünki bu, tükənmişlik enerjisini artırır. Həmçinin reproduktiv sağlamlığa zərərdir. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, enerji içkiləri hər gün içilməməlidir. Üstəlik, bu içkilərin çoxu sadəcə "enerji" adı altında satılır".
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı










.jpg)




.jpg)
























