Sağlamlıq
XƏBƏRDARLIQ: May ayında bu tarixlərdə diqqətli olun!
Elm adamları və həkimlər son illərdə Günəş fəallığının artması ilə bağlı insan sağlamlığına təsirlər mövzusuna daha çox diqqət yetirirlər.
Publika.az xəbər verir ki, xüsusilə maqnit qasırğalarının insanların psixoloji və fiziki vəziyyətinə mənfi təsir etdiyi artıq bir çox tədqiqatlarda sübut olunub. May ayında bu cür hadisələrin daha da artacağı gözlənilir və mütəxəssislər insanlara sağlamlıqlarına daha həssas yanaşmağı tövsiyə edirlər.
Maqnit fırtınaları insanların ümumi sağlamlıq durumuna ciddi təsirlər göstərə bilər. Hava proqnozu ilə məşğul olan mütəxəssislərin sözlərinə əsasən, may ayı ərzində Günəş səthində bir sıra maqnit fırtınalarının baş verməsi ehtimal olunur.
Alimlərin fikrincə, bu fırtınalar ayın əvvəlində, ortasında və sonunda müxtəlif səviyyələrdə qeydə alınacaq. Belə ki, 5-7 may tarixlərində güclü, 2, 18-20 və 28 mayda orta gücdə, 10 və 21 mayda isə zəif maqnit fəallığı müşahidə olunacaq.
Maqnit fırtınası Günəşdən gələn güclü hissəcik axınının Yer kürəsinin maqnit sahəsinə təsiri nəticəsində yaranır. Bu təbii hadisələr bir neçə saatdan bir neçə günə qədər davam edə bilər və onların şiddəti insanların rifah halına və əhval-ruhiyyəsinə birbaşa təsir edir.
(Milli.az)
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













