Sağlamlıq
Ürək üçün ən zərərli 5 məhsulun adı açıqlandı
Kardioloq Maqdalena Perello pəhrizin ürək sağlamlığına əhəmiyyətli dərəcədə təsir etdiyini deyib.
Publika.az xəbər verir ki, o, bu barədə "La Razon" nəşrinə danışıb və ən zərərli beş məhsulun adını çəkib.
Perello qeyd edib ki, emal edilmiş ətlərdə yüksək miqdarda duz, doymuş yağ və konservantlar var. Bu isə ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Şirin içkilərin tərkibində çoxlu şəkər var ki, bu da ürək xəstəliklərinin risk faktorlarından biri olan çəki artımına səbəb olur.
Həkim peçenye, çörək və çipslərin tərkibində olan trans yağların xolesterinin səviyyəsini yüksəltdiyini və qan damarlarında iltihaba səbəb olduğunu bildirib.
"Ağ çörək qanda qlükoza səviyyələrində sıçrayışlara səbəb olur ki, bu da zamanla damarlara zərər verə və metabolik sindroma, 2-ci tip diabetə və ürək xəstəliklərinə səbəb ola bilər. Duz isə bədəndə mayenin tutulmasına və qan təzyiqinin artmasına səbəb ola bilər", - deyə mütəxəssis qeyd edib.
Adəm
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













