Sağlamlıq
Bu vərdiş kökəlməyə səbəb olur
Gec yatmaq kökəlməyə səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə amerikalı qastroenteroloq Saurabh Sethi "Surrey Live"ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, gecə yarısından sonra yatmaq vərdişi bağırsaq funksiyasına, hormonal səviyyələrə, psixi vəziyyətə mənfi təsir edir və çəki artımına səbəb olur.
Mütəxəssisin fikrincə, müntəzəm yuxu olmamasının ilk nəticələrindən biri iştahın artması ilə əlaqədar çəki artımıdır. Bunun ardınca apatiya, xroniki hal almış mənfi əhval-ruhiyyə və idrak qabiliyyətlərinin - yaddaş, konsentrasiya və düşüncənin pisləşməsi gəlir.
Doktor Sethi qeyd edib ki, zaman keçdikcə yuxu çatışmazlığı orqanizmin bütün sistemlərinə, ilk növbədə hormonların işinə, qaraciyər və bağırsaqların fəaliyyətinə təsir göstərməyə başlayır. O, müntəzəm olaraq gec yatmağın psixi sağlamlığı xeyli zəiflədə biləcəyini söyləyib.
Sethi fiziki və emosional rifahı qorumaq üçün hər gecə eyni vaxtda (gecə yarısından əvvəl olmaq şərti ilə) yatmağın vacib olduğunu vurğulayıb. Həkim yetkin insanların gündə ən azı 7-9 saat yatmalı olduğunu da diqqətə çatdırıb.
Ləman
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

























.jpg)













