Sağlamlıq
50 yaşdan sonra necə sağlam qalmaq olar? - Psixiatr MƏSLƏHƏTİ
50 yaşdan sonra fiziki rifahı qorumaq üçün üzgüçülük, gəzinti ilə məşğul olmaq və psixikanı gücləndirmək lazımdır.
Publika.az xəbər verir ki, bunu Harvard Universitetindən psixiatr Robert Valdinger "Vanitatis"ə müsahibəsində deyib.
Mütəxəssisin fikrincə, yetkinlik dövründə sağlamlığın qorunmasının əsas şərti fiziki fəaliyyətə önəm verilməklə həyat tərzinin dəyişdirilməsidir. Həkim üzgüçülük və ya yoqa, həmçinin təmiz havada müntəzəm gəzintilər etməyi məsləhət görür.
Həkim sosial əlaqələrə xüsusi diqqət yetirir - özünüzü açıq və dürüst dialoq qura biləcəyiniz insanlarla əhatə etmək vacibdir. Bundan əlavə, onun fikrincə, həyatda məqsəd tapmaq lazımdır - motivasiya, xüsusən də yetkin uşaqlardan ayrıldıqdan sonra tənhalıq hissinin yaranmasının qarşısını almağa kömək edəcəkdir.
Doktor Valdinqer qeyd edib ki, həyat məqsədi hobbi və ya könüllü layihələrdə iştirakla formalaşa bilər.
Psixoterapevt keçmiş üzərində dayanmamağı və həddindən artıq özünütənqidə yol verməməyi tövsiyə edib. O, uğursuzluqları həyatın təbii bir hissəsi kimi qəbul etməyin vacibliyini vurğulayıb.
Hüseyn İbadlı
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)

















