Sağlamlıq
Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
Miqren şokolada və qazlı içkilərə qarşı istəyi artıra bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Conversation"a Durham Universitetinin Nevrologiya kafedrasının professoru Amanda Ellison bildirib.
Onun sözlərinə görə, miqren ağrıları zamanı kofeinli qazlı içkilərə həvəs artır, hücum başlamazdan əvvəl isə şokolad istəyi gəlir.
Mütəxəssisin fikrincə, hətta ağrı baş verməzdən əvvəl - miqrenin prodromal fazasında - bir çox insan emosional dəstək almaq və ya xüsusi bir şey istehlak etmək arzusuna qapılır. Bəzi insanlar soyuq su içməyə üstünlük verir, bəziləri isə şokolad və "fast-food"a əl atır.
Alimin sözlərinə görə, bütün bu hərəkətlər beynin miqrenin pozduğu kimyəvi tarazlığı bərpa etmək üçün şüursuz cəhdlərini əks etdirir:
"Belə pozğunluqların əsas əlamətlərindən biri serotonin səviyyəsinin azalmasıdır. Şokolad kimi qidalar onu artıra bilər, baxmayaraq ki, şirniyyatlar bəzən miqren tətikləyicisi hesab olunur".
Professor qeyd edib ki, miqrenin sonrakı mərhələlərində, xüsusən də ağrılı mərhələsində bədəndə damar dəyişiklikləri baş verir. Bu da qəhvə və ya qazlı içkilər içmək istəyini artırır.
"Kola kimi içkilərdə olan kofein ağrı reseptorlarına təzyiqi azaldan vazokonstriktor kimi fəaliyyət göstərir. Bu, kəskin elektrik fəaliyyəti miqren zamanı ağrıya səbəb olan trigeminal sinirin işini normallaşdırmağa kömək edir", - deyə nevroloq əlavə edib.
Doktor onu da vurğulayıb ki, şəkər və duzun orqanizmdə qlükoza və elektrolit balanssızlığını bərpa etməyə kömək edə bilər.
Bununla belə, doktor bir çox insanın miqren tutması zamanı yeməkdən imtina etdiyini və dərmana, məsələn, serotonin və histamin səviyyələrini tənzimləyən triptanlara müraciət etdiyini bildirib.
"Miqren zamanı dad üstünlüklərindəki dəyişikliklər özünü "qorumağa" çalışan beynin işini əks etdirir. Bu cür reaksiyaların başa düşülməsinə əsaslanan fərdi yanaşma miqren ağrılarının öhdəsindən gəlməyə daha effektiv kömək edir", - professor vurğulayıb.
Ləman
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)

















