Sağlamlıq
Təbii balı saxtadan ayırmağın çox sadə üsulu: Mütəxəssis izah etdi
Təbii balı öz görünüşü və teksturasına görə saxtadan ayırmaq olar.
Publika.az xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov danışıb.
Mütəxəssis qeyd edib ki, təbii balı saxtadan ayırmaq üçün bir neçə üsuldan istifadə etmək olar. O bildirib ki, təbii bal adətən daha qatı olur. Çox şəffaf və ya mayedirsə, bu, bala şərbətin əlavə olunduğuna işarədir.
Belousovun sözlərinə görə, su testi saxta məhsulu müəyyən etməyə kömək edə bilər ki, bu da soyuq suya az miqdarda bal əlavə etməklə həyata keçirilir. Həkim təbii balın dərhal həll olunmadığını, dibə çökdüyünü, amma şəkər və ya şərbət əlavə edilmiş saxta balın tez əriyəcəyini diqqətə çatdırıb.
Bundan əlavə, o bildirib ki, sınaq oddan və pambıqdan istifadə etməklə də aparıla bilər.
"Bir parça pambığı balda isladın və yandırın. Təbii bal yanmamalıdır, çünki tərkibində su var. Əgər yanıb qara tüstü çıxarırsa, bu, şəkərin əlavə olunduğunu göstərə bilər", - qastroenteroloq izah edib.
Belousov bildirib ki, təbii bal fərqli və xoş ətirə malikdir, saxta bal isə çox şirin qoxuya sahibdir və ya iysiz ola bilər.
Adəm
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)

















