Sağlamlıq
Sosial şəbəkələrin uşaqlar üçün daha bir təhlükəsi üzə çıxdı
Sosial media uşaqlarda depressiyaya səbəb olur.
Publika.az xəbər verir ki, bunu San-Fransisko Kaliforniya Universitetinin alimləri müəyyən ediblər.
Alimlərin fikrincə, uşaqlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirsələr, onlarda depressiya əlamətləri bir o qədər şiddətlənir.
Araşdırma "JAMA Network Open" jurnalında dərc olunub.
Orta hesabla, üç il ərzində sosial mediadan istifadə edən 9-13 yaş arası uşaqların ekranda keçirdikləri vaxt tədricən gündə 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib və depressiya əlamətlərinin səviyyəsi 35% artıb. Tədqiqata 12 000-ə yaxın uşağın məlumatları daxil edilib.
Pediatr və layihənin rəhbəri doktor Ceyson Naqata bildirib: “Bu araşdırma sosial medianın uşaqlarda depressiyanın inkişafına səbəb ola biləcəyinə dair birbaşa sübutlar təqdim edir".
O, buna səbəb kimi kiberbullinq, yuxu pozğunluğu və rəqəmsal mühitin digər mənfi təsirlərini göstərib.
Doktor diqqətə çatdırıb ki, Amerika Pediatriya Akademiyası valideynlərə və uşaqlara sağlam rəqəmsal vərdişlər inkişaf etdirməyə kömək edən bir vasitə olan ailə media planından istifadə etməyi tövsiyə edir.
Həkim uşağa sadəcə "telefonu kənara qoy" deməyin işə yaramayacağını vurğulayıb:
"Onlayn vaxt haqqında açıq və dəstəkləyici söhbətlər etmək və xüsusilə yemək vaxtı və ya yatmazdan əvvəl ekransız ailə gecələri keçirməklə balacalara nümunə göstərmək vacibdir".
Ləman
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 20 Sentyabr 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"














.jpg)




.jpg)














