Sağlamlıq
“Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
2030-cu ilə qədər dünyada təxminən yarım milyard yeniyetmə piylənmə və ya artıq çəkidən əziyyət çəkəcək, 1 milyardı isə qarşısı alına bilən xəstəliklər riski altında olacaq.
Publika.az bu barədə "The Lancet" sağlamlıq və rifah komissiyasının hesabatına istinadən xəbər verir.
Bildirilir ki, son iki onillikdə yeniyetmələrin ölümü dörddə birdən çox azalıb, lakin, qlobal məlumatların təhlili göstərir ki, beş il ərzində dünyada 10-24 yaşlı gənclərin ən azı yarısı HİV/AİDS və erkən hamiləlik kimi sağlamlıq problemləri yaşayacaq. Depressiya və pis qidalanma "onların sağlamlığı, rifahı və həyat şansları üçün gündəlik təhlükə" yaradır.
Xəbərdarlıq edilir ki, gənclərin səhhəti “döyüş nöqtəsinə” çatıb. Hesabata görə, 2030-cu ilə qədər 464 milyon gənc obez və ya artıq çəkidən əziyyət çəkəcək ki, bu da 2015-ci illə müqayisədə 143 milyon nəfər çoxdur.
Hesabatda həmçinin gənclərin psixi sağlamlığının "əhəmiyyətli dərəcədə pisləşməsi" aşkar edilib və iqlim böhranının onların sağlamlığı üçün "yeni təhlükələr" yaratdığı bildirilir.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 20 Sentyabr 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"














.jpg)




.jpg)














