Sağlamlıq
İsti havalarda "nokaut" effekti: İçsəniz, sağalmaz fəsadlar ola bilər
İsti havalarda spirtli içki qəbul etmək huşu itirməyə, isti vurmasına və alkoqol psixozu riskinin artmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə kardioloq və Avropa Kardiologiya Cəmiyyətinin üzvü Yaroslav Aşıxmin xəbərdarlıq edib.
"İsti havalarda spirtli içki qəbul etməyin nəticələri daha da xoşagəlməz ola bilər. Birincisi, insan alkoqol qəbul etdikdən dərhal sonra qan damarları genişləndiyi üçün bu, huşu itirməyə və istilik vurmasına daha tez səbəb ola bilər. Daha tez-tez alkoqol qəbul etmək isə psixoz və müxtəlif problemlər yarada bilər", - Aşıxmin izah edib.
Mütəxəssis isti dövrdə gündə yalnız bir stəkan şərab içməyə icazə verib. O, həmçinin həftəlik istehlakı bir şüşə keyfiyyətli şərabla məhdudlaşdırmağı tövsiyə edib. Eyni zamanda həkim vurğulayıb ki, tibbi və rasional baxımdan alkoqol pəhrizdən tamamilə xaric edilməlidir.
Ekspert qeyd edib ki, spirtin təhlükəsiz dozası yoxdur. Alkoqol xərçəng riskini əhəmiyyətli dərəcədə artırır - müntəzəm istehlak ilə 4 dəfəyə xərçəngi riskini artırır.
Adəm
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var


















.jpg)





.jpg)














