Sağlamlıq
Ən ölümcül xərçəngə qarşı peyvənd hazırlanır
Case Western Reserve Universiteti və Klivlend Klinikasının tədqiqatçıları orqanizmi mədəaltı vəzi xərçəngindən tamamilə xilas edə biləcək yeni peyvənd hazırlayırlar.
Publika.az xəbər verir ki, bu barədə Case Western Reserve Universiteti məlumat yayıb.
Bildirilir ki, pankreas xərçəngi ən aqressiv və ölümcül xərçəng növlərindən biri olaraq qalır: xəstələrin yalnız 13%-i diaqnozdan sonra beş ildən çox sağ qalır. Şiş artıq metastaz verdiyi son mərhələlərə qədər demək olar ki, heç bir əlamət göstərmir. Cərrahiyyə, kemoterapi və radiasiya ömrü yalnız bir qədər uzada bilər, lakin çox nadir hallarda tam müalicə mümkün olur.
Alimlər xüsusi yaradılmış antigenlərdən - zərərli hüceyrələri sağlam olanlardan ayırmağa imkan verən siqnallardan istifadə edərək, immunitet sistemini şiş hüceyrələrini tanımaq və onlara hücum etmək üçün "məşq etdirən" peyvənd hazırlayıblar.
Bu antigenlər xərçəng hüceyrələrində ümumi mutasiyalar əsasında sintez edilir. Nəticədə, peyvənd şişlə mübarizə aparan T hüceyrələrinin güclü reaksiyasını stimullaşdırır.
Preklinik sınaqlarda xəstəliyin ən çox yayılmış forması olan mədəaltı vəzi adenokarsinomasından əziyyət çəkən sınaq heyvanlarının yarısında bir neçə aydan sonra heç bir xərçəng izi qalmayıb.
İyirmi ildən artıqdır ki, dərmanlar və peyvəndlər üçün təhlükəsiz daşıyıcı olan lipid nanohissəcikləri ilə işləyən biotibbi mühəndislik professoru Çjen-Jun Lunun sözlərinə görə, bu, heyrətamiz nəticədir.
Qeyd olunur ki, tibbdə fərdi yanaşmadan fərqli olaraq, bu peyvənd mədəaltı vəzi xərçəngi olan xəstələrin geniş spektrinə yönəldilib. Onun üç mərhələdə tətbiqi, həmçinin şişin müdafiə mexanizmlərini bloklayaraq immun reaksiyasını gücləndirən dərmanlarla birləşdirilməsi planlaşdırılır.
Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə belə bir peyvənd həm də irsi meylli insanlarda xəstəliyin qarşısının alınması üçün istifadə edilə bilər.
Ləman
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı













.jpg)




















.jpg)

