Sağlamlıq
Qocalmanı yavaşladan dərman tapıldı
Bəşər övladının əsrlərdir arzusunda olduğu daha uzun ömür üçün ənənəvi yanaşmalar elmin diqqət mərkəzindədir. Bu istiqamətdə aparılan yeni tədqiqat pəhrizi təqlid edən dərmanlardan “rapamisin”in laboratoriya heyvanlarında ömrü uzatdığını təsdiqləyib. Məşhur antidiabetik dərman olan “metformin” isə bu baxımdan eyni effekti göstərməyib.
Publika.az xəbər verir ki, tədqiqatçılar tərəfindən aparılan analiz, müxtəlif növ laboratoriya heyvanlarında pəhriz və dərmanların ömrə təsirini müqayisə edən elmi məqalələrin birgə təhlilinə əsaslanır.
Nəticələrə əsasən, pəhriz məhdudiyyəti (az yemək) - ən ardıcıl şəkildə ömrü uzadan strategiya olaraq qalır. “Rapamisin” pəhrizin təsirinə yaxın dərəcədə ömür uzadan ikinci vasitə kimi önə çıxır. “Metformin” heyvanlarda ömür uzatma baxımından aydın və əhəmiyyətli nəticə göstərməyib.
Araşdırma çərçivəsində balıqlardan tutmuş meymunlara qədər səkkiz onurğalı növü əhatə edən 167 elmi tədqiqatın nəticələri təhlil olunub. Bu, pəhriz, “rapamisin” və “metformin”in ömür uzunluğuna təsirini birbaşa müqayisə etmək üçün geniş əsas yaradıb.
“Rapamisin” - 1970-ci illərdə Pasxa adasında aşkar edilən və hazırda əsasən orqan transplantasiyası sonrası istifadə edilən bu dərman hüceyrə səviyyəsində qida bolluğunu bildirən siqnalları bloklayır. Beləcə, orqanizm “az yeyirmiş” kimi davranaraq hüceyrə fəaliyyətini uyğunlaşdırır.
Tədqiqatın əksər hissəsi siçan və siçovullar üzərində aparılıb. Bu heyvanlar insanlara genetik oxşar olsa da, bəşəri nəticələrin tam əks olunması hələlik mümkün deyil. “Rapamisin”in immun sistemini zəiflətməsi və reproduktiv funksiyaları təsirləndirməsi də risklər arasındadır.
Hazırda “rapamisin”in insanlarda aşağı və aralıq dozaları ilə sınaqları davam edir və ilkin nəticələr ümidvericidir. “Metformin”lə bağlı insan sınaqlarının nəticələri yaxın illərdə ictimailəşdiriləcək. Həkimin təyinatı olmadan bu dərmanlardan istifadə tövsiyə edilmir. Bununla belə, əldə edilmiş nəticələr molekulyar səviyyədə qocalmanın idarə oluna biləcəyi ehtimalını gücləndirir. Gələcəkdə daha az yan təsirli, lakin effektiv qocalmaya qarşı müalicələrinin inkişafı mümkündür.
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var
-
Ekologiya12:35Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU






































