Sağlamlıq
Bu estetik əməliyyatları etdirənlərdə görün hansı fəsadlar üzə çıxır - Cərrahlardan XƏBƏRDARLIQ
Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır.
Publika.az xəbər verir ki, bu barədə "gazeta.ru" plastik cərrahlara istinadən yazıb.
Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməyə çalışmaq tez-tez "maska effekti" yaradır: "Belə hallarda üz həddindən artıq dartılmış, təbii olmayan, daim təbəssüm edən bir ifadə alır. Üstəlik, limfa axınının pozulması nəticəsində ödem və digər ağırlaşmalar yarana bilər. Əvəzində daha məqsədli və yumşaq texnikalarla yalnız ayrı-ayrı sahələrin korreksiyası daha effektiv olur və üz cizgilərinin fərdiliyini qoruyur".
Bildirilir edib ki, rinoplastika da yüksək dəqiqlik və anatomiya biliyi tələb edən mürəkkəb əməliyyatlardandır.
"Yanlış icra olunan rinoplastika nəfəs almaqda çətinlik, simmetriya pozğunluğu və digər estetik qüsurlara səbəb ola bilər. Əgər qərarınızdan əmin deyilsinizsə və uzun reabilitasiya dövrünə hazır deyilsinizsə, bu əməliyyata razılıq verməyin. Xüsusilə də, dəbdə olan ifrat dərəcədə qısa və dik burun formasına can atmaq çox vaxt süni və gülməli nəticələr verir", deyə nəşr yazıb.
Həkimlər bədənin müxtəlif nahiyələrində - döş, omba və digər hissələrdə implantla həcm artırılmasının da riskli olduğunu vurğulayır:
"Nəzarətsiz həcm artırmaları çapıqlara, infeksiyalara, hətta onkoloji xəstəliklərə qədər gedib çatan ağırlaşmalar yarada bilər".
İstənilən estetik müdaxilə öncəsi risklər və üstünlüklər hərtərəfli dəyərləndirilməli, bir neçə mütəxəssislə məsləhətləşmələr aparılmalı və anlayışlı qərar verilməlidir: "Əsas məqsəd qeyri-real gözəllik standartlarına çatmaq deyil, zahiri görünüşdə harmoniya yaratmaq olmalıdır".
(Qaynarinfo)
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














