Sağlamlıq
Qlütendən tamamilə imtina etmək TƏHLÜKƏLİDİR - Zərərləri açıqlandı
Qlütendən imtina getdikdə populyarlaşır. Lakin bu, olduqca təhlükəlidir.
Publika.az xəbər verir ki, bunu qastroenteroloq Yevgeni Belousov "Gazeta.Ru"ya açıqlamasında bildirib.
Həkim qeyd edib ki, qlütendən tamamilə imtina etmək ürək-damar xəstəlikləri riskini artıra bilər.
"Bu, müxtəlif vitaminlərin çatışmazlığına gətirib çıxarır ki, nəticədə ürək-damar xəstəliklərinin inkişaf riski arta bilər", - deyə Belousov diqqətə çatdırıb.
O xatırladıb ki, min illərdir bəşəriyyət heç bir mənfi nəticə ilə üzləşmədən tərkibində qlüten olan məhsulları sakitcə istehlak edib.
"Ancaq 21-ci əsrdə vəziyyət kəskin şəkildə dəyişdi: indi qlüten bütün xəstəliklərdə günahkar elan edilir. Həzm problemlərindən xroniki yorğunluğa qədər hər problemdə qlütenə işarə edilir. Reallıq isə budur ki, əsl qlütenə qarşı dözümsüzlük (çölyak xəstəliyi) əhalinin yalnız 1%-nə təsir edir. Bu otoimmün bir xəstəlikdir ki, hətta az miqdarda qlüten bağırsaqlara ciddi ziyan vurur. İnsanların daha 6-10%-də qeyri-çölyak qlüten həssaslığı ola bilər ki, bu da onun bağırsaqlara zərər vermədən diskomfort yaratdığı bir vəziyyətdir”, - deyə həkim vurğulayıb.
Onun fikrincə, tibbi göstəriş olmadan qlütensiz pəhrizə keçmək xeyirdən çox zərər verə bilər:
“Taxılları xaric etməklə insan özünü B vitaminlərinin, dəmirin, lifin və mineralların mühüm mənbələrindən məhrum edir. Üstəlik, bu məhsulların qlütensiz versiyalarında dadı yaxşılaşdırmaq üçün qatılmış hədsiz dərəcədə çox şəkər, yağ və süni əlavələr var".
Ləman
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı


































.jpg)

