Sağlamlıq
Spirtli içki içənlərin nəzərinə: Həkim elə şeylər açıqladı ki...
Bütün alkoqollu içkilər ağız sağlamlığı üçün təhlükəlidir.
Publika.az xəbər verir ki, bunu praktiki stomatoloq-parodontoloq, tibb elmləri namizədi Yeganə Maroufidi deyib.
O bildirib ki, güclü spirtli içkilər, şərab, pivə və sidr şəkər fermentasiyasının məhsullarıdır və bu səbəbdən ağız boşluğunda müxtəlif patologiyalara yol aça bilər.
"İlk növbədə, spirtin mahiyyətini başa düşməliyik. Bu maddə meyvə, tərəvəz və taxıllarda olan şəkərin qıcqırması nəticəsində yaranır", – deyə mütəxəssis vurğulayıb.
Həkimin sözlərinə görə, fermentasiya prosesi nəticəsində əmələ gələn turşu birləşmələri kariyes, müxtəlif eroziyalar və diş əti xəstəliklərinə səbəb olan bakteriyaların yayılmasına şərait yaradır.
Bundan başqa, Maroufidi əlavə edib ki, spirt molekullarının orqanizm tərəfindən udulması ağız boşluğunun pH balansını dəyişir ki, bu da müxtəlif xəstəliklərə səbəb ola bilər. Spirtli içki qəbul edildikdə yaranan vazokonstriktiv (damar daraldıcı) təsir sinir uclarını qıcıqlandırır və ağrıya yol açır. Nəticədə, bədəndə maye itkisi baş verir və bu da ağız boşluğunun quruluğuna səbəb olur.
Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















