Sağlamlıq
Tənhalıq hər saat 100-ə yaxın insanı öldürür - ÜST
Tənhalıq dünyada hər saat 100-ə yaxın insanı öldürür.
Publika.az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sosial Əlaqələr Komissiyasının qlobal hesabatında gəldiyi nəticədir.
Sənəddə bildirilir ki, dünyada hər altı nəfərdən biri tənhalıqdan əziyyət çəkir. Bu da sağlamlıq və rifaha əhəmiyyətli dərəcədə təsir edir.
“Tənhalıq hər saatda təxminən 100 ölümlə əlaqələndirilir. Bu isə ildə 871.000-dən çox ölüm deməkdir. Güclü sosial əlaqələr daha yaxşı sağlamlıq və uzun ömür mənasına gəlir”, - ÜST qeyd edib.
Tənhalıq hər yaşda olan insanlara, xüsusən də gənclərə, aşağı və orta gəlirli ölkələrdə yaşayan insanlara təsir göstərir.
13-29 yaş arası insanların 17%-dən 21%-ə qədəri özlərini tənha hiss etdiklərini bildiriblər.
“Hazırkı internet dövründə bir çox gənc özünü tənha hiss edir. Texnologiya həyatımızı dəyişdikcə, onun insan əlaqələrini zəiflətməkdənsə, gücləndirməsini təmin etməliyik. Hesabatımız göstərir ki, sosial əlaqələr səhiyyədən, təhsilə və məşğulluğa qədər bütün siyasətlərə inteqrasiya edilməlidir”, - deyə qurumdan bildirilib.
Ləman
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















