Sağlamlıq
Hansı dozada spirtli içki asmaya səbəb olur? - Şahdan XƏBƏRDARLIQ
Ümumi praktikant Bhavini Şah istənilən dozada spirtli içi orqanizmə mənfi təsir göstərdiyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə Daily Mirror" ekspertə istinadla məlumat yayıb.
"Bir və ya iki doza spirtli içki ürək döyüntüsünü artırır, qan damarlarını genişləndirir və yüngül eyforiya yaradır, insanları daha ünsiyyətcil edir. Dörd-altı doza sinir sisteminə təsir göstərir, reaksiya sürətini azaldır və qərar qəbul etməyə təsir göstərir.
"Təxminən səkkiz dozada, orta hesabla insan asma xəstəliyinə tutulur", - həkim xəbərdarlıq edib.
Onun sözlərinə görə, bir vahid adətən 10 qram təmiz spirtə bərabərdir. O, yarım litrlik bir şüşə yüngül pivədə təxminən 2,5 dozanın olduğunu qeyd edib.
Mütəxəssis həmçinin qeyd edib ki, sərxoşluq o zaman baş verir ki, qəbul edilən spirt miqdarı qaraciyərin bir gecə ərzində emal edə biləcəyi həcmi aşır.
O, xəbərdarlıq edib ki, bu normanın aşılması yalnız ertəsi gün halsızlıqla deyil, həm də ürəkbulanma, qusma, ishal və koordinasiya pozğunluğu ilə müşayiət olunan ciddi orqanizm zəhərlənməsi ilə nəticələnə bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















