Sağlamlıq
Gecələr püstə yeyənlər bu xəstəliyə tutulmur
Gecələr püstə yemək diabetin inkişafını ləngidə bilər.
Publika.az xəbər verir ki, püstənin axşam saatlarında müntəzəm istehlakı karbohidrat mübadiləsi pozğunluğu olan insanların bağırsaqlarının sağlamlığına və maddələr mübadiləsinə faydalı təsir göstərir.
Bu barədə Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları bildirib. Onların əldə etdiyi nəticələr "Current Developments in Nutrition" jurnalında dərc olunub.
Tədqiqatda prediabetli 51 yetkin şəxs iştirak edib. 12 həftəlik iki dövr ərzində iştirakçılar növbə ilə karbohidratlı qəlyanaltı (15-30 qram) və ya 57 qram püstəni axşam pəhrizlərinə daxil ediblər.
Hər bir mərhələnin sonunda onların bağırsaq mikrobiomunun tərkibi təhlil edilib. Məlum olub ki, püstə yemək bağırsaq mikroflorasının tərkibini xeyli dəyişir. Çərəzi yeyən iştirakçıların bədənlərində "yaxşı" bakteriyaların sayı artıb.
Alimlər izah ediblər ki, bu mikroorqanizmlər qısa zəncirli yağ turşusu "butirat" istehsal edir. Bu, kolon hüceyrələri üçün enerji mənbəyi kimi xidmət edir, bağırsaq baryerinin bütövlüyünü qoruyur və iltihabı azaldır.
Eyni zamanda, mənfi metabolik təsirlərlə əlaqəli bakteriyaların sayı azalıb. Püstə xüsusilə "Blautia hydrogenotrophica" populyasiyasını azaldıb. Bu mikroorqanizm böyrəklərə və ürəyə zərərli maddələr istehsal edir.
Tədqiqat müəlliflərinin fikrincə, püstə yeyərkən orqanizmdə baş verən dəyişikliklər zamanla 2-ci tip şəkərli diabetin inkişafını ləngidə və xroniki iltihabın səviyyəsini azalda bilər.
Alimlər bu sahədə tədqiqatlarını davam etdirməyi planlaşdırırlar.
Ləman
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu









.jpg)





.jpg)






















