Sağlamlıq
65 yaşdan yuxarı şəxslərin nəzərinə: Hər gün mütləq bunu edin
65 yaşdan yuxarı şəxslərə vacib xəbərdarlıq: Bu məhsulları hər gün qəbul edin
Türkiyəli mütəxəssislər 65 yaş və üzəri şəxslərə sağlam qocalma və immunitetin güclü saxlanması üçün gündəlik bəzi vacib məhsulların qəbulunu tövsiyə edir.
Publika.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu yaş qrupunda olan şəxslərin həm fiziki, həm də zehni sağlamlıqlarını qorumaq üçün düzgün qidalanma xüsusilə önəmli sayılır.
Gündəlik qəbul olunmalı əsas məhsullar:
Tərəvəz və meyvə: Gündə ən azı 5-7 porsiya təzə meyvə və tərəvəz istehlak edilməlidir. Bu, orqanizmi antioksidantlarla təmin edir və xəstəliklərə qarşı müqaviməti artırır.
Zülal mənbələri: Ət, yumurta, süd məhsulları, paxlalılar və qoz-fındıq kimi zülal mənbələri əzələ itkisini önləmək üçün mütəmadi qəbul edilməlidir.
Maye qəbuluna diqqət: Susuzluq hissi zəiflədiyi üçün 65 yaşdan yuxarı şəxslər gün ərzində mütləq 1,5-2,5 litr arası su, ayran və ya bitki çayları içməlidirlər.
D vitamininə nəzarət: Gündəlik günəş vannası və ya həkim məsləhəti ilə qəbul edilən D vitamini əlavələri sümük sağlamlığı üçün vacib sayılır.
Həkimlər xəbərdarlıq edirlər ki, düzgün və balanslı qidalanma yalnız sağlamlığı qorumaqla kifayətlənmir, həm də yaşlı insanların gündəlik həyat keyfiyyətini və müstəqil fəaliyyət qabiliyyətini artırır.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi














.jpg)



.jpg)





.jpg)















