Sağlamlıq
Təzyiqi və şəkəri tənzimləyir - Gündə bir stəkan kifayətdir
Son araşdırmalara görə, nanə çayı yalnız təravətləndirici içki deyil, eyni zamanda beyin sağlamlığı, qan şəkəri balansı və qan təzyiqinin tənzimlənməsi baxımından da mühüm təsirlərə malikdir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu kofeinsiz bitki çayı gündəlik rejimə əlavə edildikdə sağlamlıqda ciddi fərqlər yarada bilər.
Zehni performansı artırır
Diyetoloq Emma Derbişir qeyd edir ki, nanə çayı tərkibindəki rozmarin turşusu və mentol sayəsində antiinflamatuar (iltihab əleyhinə) təsir göstərir. Bu da beynin fəaliyyətinə müsbət təsir edərək yaddaşı gücləndirir, diqqəti artırır və zehni yorğunluğu azaldır.
Qan təzyiqini tənzimləyir
Tədqiqatlar göstərir ki, nanə çayında olan bəzi birləşmələr damarların genişlənməsinə kömək edir və bu da qan təzyiqinin düşməsinə səbəb olur. Eyni zamanda, çayın sakitləşdirici təsiri stress səbəbli təzyiq artımının da qarşısını ala bilər.
Lakin hər hansı bitki çayını daimi istifadəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək də mütəxəssislər tərəfindən tövsiyə olunur.
Roza
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur















.jpg)


















.jpg)


