Sağlamlıq
Bu dərmanlardan istifadə edənlər əsla qəhvə içməsinlər! - Alimlərdən xəbərdarlıq
Alimlər kofeinin antibiotiklərin işinə “müdaxilə” edə bildiyini aşkarlayıblar. Belə ki, kofein bakteriyalara qarşı antibiotiklərin effektivliyini azaldır.
Publika.az xəbər verir ki, Tübingen və Vürtsburq universitetlərinin tədqiqatçıları belə nəticəyə gəliblər.
Tədqiqatın nəticələri "PLOS Biology" jurnalında dərc olunub.
Alimlər qrupu 94 müxtəlif birləşməni - antibiotiklərdən və reseptlə verilən dərmanlardan tutmuş qida komponentlərinə qədər sınaqdan keçirib. Onlar müəyyən ediblər ki, pəhrizin müxtəlif komponentləri, xüsusilə də kofein sistematik olaraq E. coli bakteriyasında genlərin ifadəsinə təsir edə bilir.
Tədqiqatçıların sözlərinə görə, kofein bakteriyadakı genlərdən birini aktivləşdirir, bu da öz növbəsində antibiotiklərin udulmasını azaldır və təsirini zəiflədir.
Araşdırmanın həmmüəllifi Kristof Binsfeld qeyd edib: "Bizim məlumatlarımız göstərir ki, hətta sadə birləşmələr də bakteriya genlərinə zəif, lakin ardıcıl təsir göstərə bilər".
Alimlər vurğulayırlar ki, mutasiyalar nəticəsində deyil, bakteriyaların davranış uyğunlaşması nəticəsində yaranan “aşağı səviyyəli” müqaviməti başa düşmək infeksiyaların müalicəsində yeni yanaşmaların işlənib hazırlanmasına gətirib çıxara bilər.
Ləman
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
















.jpg)
.png)






.jpg)














