Sağlamlıq
Piylənmənin qarşısını almağın ən sadə yolu tapıldı
Artıq çəkiyə irsi meyli yüksək olan insanlar günün erkən saatlarında yemək yesələr, kökəlmə riskini azalda bilərlər.
Publika.az “Obesity” jurnalına istinadən xəbər verir ki, bunu 1100-dən çox artıq çəkili insanın iştirakı ilə aparılan araşdırma sübut edib.
İştirakçılar pəhriz müalicəsi kursundan keçiblər və üç il ərzində müşahidə altında olublar. Mütəxəssislər həm genetik məlumatları, həm də pəhrizi, xüsusən də əsas yeməyin vaxtını təhlil ediblər.
Məlum olub ki, genetik piylənmə riski yüksək olan insanlarda (PRS-BMI poligen indeksinə görə) yeməkdə hər saat gecikmə bədən kütləsi indeksinin (BKİ) hər kvadrat metrə 2 kiloqramdan çox artmasına səbəb olub. Aşağı genetik riski olan insanlarda isə belə bir asılılıq müşahidə edilməyib.
Alimlər vurğulayıblar ki, məhz “yağ geninin” daşıyıcıları üçün yemək vaxtları artıq çəki ilə mübarizənin effektivliyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Xüsusilə saat 15-16:00-dan sonra gec nahar və şam yeməyi bədən çəkisini idarə etməkdə uzunmüddətli uğur şansını azalda bilər.
Tədqiqatın müəllifləri hesab edirlər ki, yemək vaxtının tənzimlənməsi piylənmənin qarşısının alınması və müalicəsi üçün fərdi yanaşma təmin etmək üçün ucuz və sadə bir yoldur. Xüsusilə irsi kökəlməyə meylli insanlar üçün vacibdir.
Adəm
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir


































.jpg)


