Sağlamlıq
Kola və ya soyuq qəhvəyə alternativ: İsti havalarda bunları için
İsti havalarda susuzluğunuzu kofe və ya şirin qazlı içkilərlə yatırtmaq məsləhət görülmür.
Publika.az xəbər verir ki, bunu terapevt Alina Kiriçenko bildirib.
"Həddindən artıq istidə bir stəkan kola və ya bir fincan qəhvə bədənə açıq şəkildə susuzlaşdırıcı təsir göstərə bilər. Kofein sidikqovucu təsirə malikdir, diurezi (sidiyin əmələ gəlməsi və orqanizmdən ifraz edilməsi prossesi) artırır və mayenin daha intensiv ifrazını təşviq edir", - deyə Kiriçenko izah edib. O əlavə edib ki, istidə kofein orqanizmin termorequlyasiya qabiliyyətini 20-25 faiz azaldır.
"Kola kimi şirin qazlı içkilərin hər qutusunda 5-10 çay qaşığı şəkər var", - deyə həkim əlavə edib.
"Belə bir şirin məhlulu həzm etmək üçün orqanizm suyu qan axınından həzm sisteminə yönləndirir, buna görə də insan limonaddan sonra əvvəlkindən daha çox içmək istəyir. Bundan əlavə, qazlı içkilərin tərkibində fosfor turşusu və mədənin selikli qişasını qıcıqlandıran, böyrəklərdə yükü artıra bilən digər komponentlər var", - Kiriçenko vurğulayıb.
Qeyd edək ki, həkim qəhvə və sodaya sağlam alternativlər kimi nanə və limonlu soyuq yaşıl çayı, "matcha latte"ni (xüsusi südlü içki - kokteyl), giləmeyvə, meyvə və göyərti əlavə edilmiş suyu, hindistan cevizi suyu və minimum şəkərli ev kvasını məsləhət görüb.
Adəm
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














