Sağlamlıq
Yaşıl çayın daha bir faydası üzə çıxdı: Bu xəstəliyin çarəsi ola bilər
Yaşıl çayın tərkibindəki maddələr Alzheimer xəstəliyi ilə mübarizə aparır.
Publika.az xəbər verir ki, nikotinamid (vitamin B3 ) ilə "epiqallocateşin qallat" adlı antioksidantın qarışımı Alzheimer xəstəliyinə qarşı təsirlidir.
Kaliforniya Universitetinin alimləri belə nəticəyə gəliblər.
Araşdırmanın nəticələri "GeroScience" jurnalında dərc olunub.
Laboratoriya şəraitində belə terapiya siçanların qocalmış neyronlarında "quanozin trifosfatın" (GTP) səviyyəsini bərpa edib və beynin özünü təmizləmə mexanizmlərini işə salıb.
Adı çəkilən maddələrin birləşməsi neyronların Alzheimer xəstəliyinin əsas əlamətlərindən biri olan amiloid zülallarından xilas olmasına da kömək edib.
“Yaşlandıqca beyin zədələnmiş komponentlərdən istifadə etmək qabiliyyətini itirir. Biz aşkar etdik ki, GTP səviyyələrinin artırılması bu funksiyanı bərpa edə bilər”, - tədqiqatın aparıcı müəllifi Qreqori Bryuver bildirib.
Məlumata görə, bəhs edilən iki maddənin birləşməsi ilə müalicədən cəmi 24 saat sonra qocalmış neyronlarda GTP səviyyələri gənc hüceyrələrə xas olan dəyərlərə yaxınlaşıb. Nəticədə, əsas zülallar aktivləşib, enerji mübadiləsi yaxşılaşıb və oksidləşdirici stress azalıb.
Tədqiqatçıların fikrincə, bu birləşmələrin beyinə çatdırılmasının optimal formasını tapmaq üçün daha çox araşdırmaya ehtiyac var.
Ləman
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


























.jpg)














