Sağlamlıq
Evdə pişik saxlayanları gözləyən TƏHLÜKƏ
Ev pişiklərinin gözlənilməz təhlükə mənbəyi ola biləcəyi üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə tədqiqat "PLOS Pathogens" jurnalında dərc olunub.
Beynəlxalq alimlər qrupu müəyyən ediblər ki, pişiklərdəki parazit - "Toxoplasma gondii" insan beyninə nüfuz edərək onun fəaliyyətini dəyişə bilir.
Bu parazit pişik nəcisi ilə təmasda asanlıqla ötürülür. Dünya əhalisinin üçdə birinin həmin parazitə yoluxduğu təxmin edilir.
Əksər insanlarda infeksiya əlamətləri olmur, lakin bu, parazitin təhlükəsiz olduğunu göstərmir. Tədqiqatçılar müəyyən ediblər ki, parazit beyin hüceyrələri arasında ötürülən siqnalları pozur. Yoluxmuş neyronlar qonşu hüceyrələrin davranışını dəyişdirə bilən təhrif olunmuş siqnallar göndərirlər.
Tədqiqatın aparıcı müəllifi professor Emma Uilson bildirib: "Cəmi bir neçə neyron yoluxmuş olsa belə, ətrafdakı toxumaları "çaşdıra" bilər".
Əksər yoluxmuş insanlarda simptomlar üzə çıxmasa da, alimlər parazitin davranışı dəyişə bildiyini, hətta qayğını və nevroloji pozğunluqların inkişaf riskini artıra biləcəyini düşünürlər.
Ləman
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


























.jpg)














