Sağlamlıq
Gecə qəhvə içməyin yan təsirləri ortaya çıxdı: Qadınlarda isə...
Axşam saatlarında qəhvə qəbulu özünə nəzarəti zəiflədə və impulsiv reaksiyalara səbəb ola bilər.
Publika.az "iScience" jurnalına istinadən xəbər verir ki, bu, Texas Universitetinin bioloqlarının gəldiyi nəticədir.
Qeyd olunur ki, təcrübə meyvə milçəkləri üzərində aparılıb. Mütəxəssislər günün vaxtından və həşaratın cinsindən asılı olaraq kofeinin milçəklərin davranışına təsirini təhlil ediblər. Maddə tətbiq edildikdən sonra həşəratların impulsiv reaksiyaları yatırmaq qabiliyyəti qiymətləndirilib. Məsələn, kəskin hava ilə qarşılaşdıqda uçuşu dayandırmaq. Alimlər izah ediblər ki, normal şəraitdə milçəklər ciddi maneə ilə qarşılaşdıqda dayanırlar.
Müəyyən edilib ki, gecələr istehlak edilən kofein milçəklərdə, xüsusən də dişilərdə özünü idarə etmə səviyyəsini xeyli aşağı salıb: narahatlığa baxmayaraq, onlar fəaliyyətini qoruyub saxlayıblar. Kofeinin gündüz vaxtı qəbulu isə oxşar təsirə səbəb olmayıb.
Kişi və qadın orqanizmlərində maddənin konsentrasiyası eyni olsa da, davranış reaksiyaları fərqli olub. Müəlliflərin fikrincə, bu, hormonal fərqlərdən kənara çıxan genetik və ya fizioloji mexanizmlərin mümkün təsirini göstərir.
Tədqiqatçılar etiraf ediblər ki, tapıntılar gecə növbələrində işləyən və ya yatmamaq üçün qəhvə içən insanlara, xüsusən də qadınlara aid ola bilər. Potensial risk qruplarına tibb işçiləri, hərbi qulluqçular və işi gec saatlarda yüksək konsentrasiya və intizam tələb edən digər mütəxəssislər daxildir.
Adəm
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


























.jpg)














