Sağlamlıq
Bu məhsullar mədəaltı vəzi MƏHV EDİR
Bəzi qidalar, insanın gündəlik rasionuna daxil olsa da, mədəaltı vəzə ciddi zərər verə və iltihabi proseslərin inkişafına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya “SM-Klinika”nın qastroenteroloq, hepatoloqu, tibb elmləri namizədi Natalya Vasilyeva məlumat verib.
O bildiirb ki, bunlara spirtli içkilər, trans yağlar və sənaye üsulu ilə emal olunmuş məhsullar daxildir.
Onun sözlərinə görə, etanol mədəaltı vəzinin axarlarında spazma səbəb olaraq fermentlərin normal axınına mane olur. Nəticədə, fermentlər mədəaltı vəzin daxilində toplanır, toxumaları qıcıqlandırır və iltihaba gətirib çıxarır. Bunun fonunda daşlar əmələ gələ bilər, irəliləmiş hallarda isə pankreatit inkişaf edir.
“Həmçinin, orqanizm tərəfindən demək olar ki, mənimsənilməyən, lakin fermentlərin güclü ifrazını stimullaşdıraraq mədəaltı vəzini yükləyən trans yağlar da az təhlükəli deyil. Bu isə qalın ifrazatın əmələ gəlməsinə və həmin orqanın toxumalarında iltihabi dəyişikliklərə səbəb ola bilər,” – deyə həkim əlavə edib.
Mütəxəssisin qey edib ki, trans yağların mənbələri marqarin, sənaye üsulu ilə hazırlanmış şirniyyatlar, dondurma, çipslər, fastfud, eləcə də fritür yağında bişirilmiş hər cür məhsuldur.
Onun sözlərinə görə, mədəaltı vəz üçün sənaye üsulu ilə emal edilmiş ət məhsulları da zərərlidir: kolbasa, bekon, konservlər, sosislər, hisə verilmiş məhsullar.
“Belə qidalar orqanı yalnız yükləmir, həm də çox vaxt konservantlar və digər birləşmələr, o cümlədən kanserogenlər ehtiva edir ki, bu da şiş xəstəliklərinin inkişaf riskini artıra bilər,” – deyə Vasilyeva vurğulayıb
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


























.jpg)














