Sağlamlıq
Bu içkiləri qaynar içməyin: Xərçəng riskini artırır
Mütəxəssislər çay, qəhvə və ya digər içkiləri qaynar şəkildə içənlərə xəbərdarlıq edirlər.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmalara görə, 65 dərəcə selsidən yuxarı temperaturda istehlak edilən içkilər qida borusu xərçəngi riskini artırır.
2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi qaynar içkiləri insanlar üçün kanserogen kimi təsnif edib.
Son illər Avropada aparılan genişmiqyaslı tədqiqatlar da bu əlaqəni təsdiqləyib. İngiltərədə yarım milyon insan üzərində aparılan araşdırmada gündə səkkiz stəkandan çox qaynar içki içənlərin qida borusu xərçənginə tutulma riskinin altı dəfə çox olduğu müəyyən edilib.
Araşdırmalara görə, qəhvə və çay üçün ideal içmə temperaturu təxminən 58 dərəcə selsidir. Mütəxəssislər bildirirlər ki, içkiləri beş dəqiqə gözləyərək içmək lazımdır. Bu müddət içkinin temperaturunu 10-15 dərəcə aşağı salır.
Roza
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi














081218_2.jpg)










.jpg)















