Sağlamlıq
Məşhur çay növünün gözlənilməz təhlükəsi açıqlandı
"Matcha" çayı anemiya və digər sağlamlıq problemlərini pisləşdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi Valeri Litvinov danışıb.
“Matchanın tərkibində yüksək konsentrasiyalı taninlər var. Bu da bitki mənşəli qidalardan dəmirin udulmasına mane olur. Bu, xüsusilə anemiyası olan insanlar, vegetarianlar və pəhrizi balanssız olanlar üçün təhlükəlidir. Çayın özü anemiyaya səbəb olmur, lakin həddindən artıq istehlak mövcud dəmir çatışmazlığını pisləşdirə bilər”, - Litvinov qeyd edib.
Onun sözlərinə görə, "matcha"nın müntəzəm və bol istehlakı tərkibindəki K vitamini səbəbilə qanın laxtalanmasına aktiv təsir göstərir, qan durulaşdırıcıların effektivliyini azaldır. Bu da qan laxtalanması riskini artırır”.
Ekspert xəbərdarlıq edib ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar da ehtiyatlı olmalıdır:
“Bu çay mədə və bağırsağın selikli qişasını qıcıqlandıra bilər, xüsusən də acqarına içdikdə risk yaranır. Belə hallarda ürəkbulanma və ya qarın ağrısı mümkündür. Südlə hazırlasanız və ya yeməkdən sonra içsəniz, bu cür təsirlərə qarşı daha dözümlü ola bilərsiniz".
Litvinov qeyd edib ki, digər yaşıl çay növləri kimi "matcha" da kofein (tein) ehtiva edir.
"Həddindən artıq qəbul edildikdə, narahatlıq hissinə və taxikardiyaya səbəb ola bilər. Eyni risklər hamilə qadınlara da aiddir".
Ekspert optimal dozanın gündə təxminən 4 qram tozdan çox olmadığını bildirib.
"Xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və məhsula tolerantlığından şübhə edən insanlar gündəlik qida rasionlarına "matcha" daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər" - deyə Litvinov yekunlaşdırıb.
Ləman
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA































.jpg)


