Sağlamlıq
Qocalmanı yavaşlatmaq üçün ən yaxşı pəhriz
Alimlər beynin qocalma prosesini yavaşlatmaq üçün ən yaxşı pəhriz olaraq “yaşıl Aralıq dənizi pəhrizi”ni tövsiyə ediblər.
Publika.az xəbər verir ki, bu nəticə Ben-Qurion, Harvard və Leypsiq universitetlərinin birgə həyata keçirdiyi 18 aylıq tədqiqatın nəticəsidir.
Araşdırma Clinical Nutrition jurnalında dərc olunub. Tədqiqatda təxminən 300 iştirakçı üç fərqli pəhriz rejimindən birini izləyib: standart sağlam pəhriz, klassik Aralıq dənizi pəhrizi və onun “yaşıl” versiyası. Yaşıl pəhrizə yaşıl çay və morinqa bitkisi əlavə edilib.
Qan analizləri göstərib ki, yaşıl pəhriz tətbiq edənlərdə beyin qocalması ilə əlaqəli zülalların səviyyəsi azalıb. Alimlər bunun yaşıl çay və morinqanın tərkibindəki iltihab əleyhinə birləşmələrlə əlaqəli olduğunu bildirir.
Beləliklə, bu pəhriz koqnitiv sağlamlığın qorunması və nevrodejenerativ xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Əvvəlki tədqiqatlar da yaşıl çayın yaşlanma prosesini ləngitdiyini göstərib və onun bədənin çəkisini tənzimləməyə, şəkər mübadiləsini yaxşılaşdırmağa və əzələ toxumasını qorumağa kömək edə biləcəyi qeyd olunub.
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA































.jpg)


